Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının idman mütəxəssisləri Con Smit və Sali Robertsi qəbul edib.
Offsideplus.az qurumun sosial şəbəkı hesabına istinadən xəbər verir ki, görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak ediblər.
Görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib. Amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.