FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov və Yunanıstan Futbol Federasiyasının rəhbərliyi arasında görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, Parisdə baş tutan görüşə qurumun prezidenti Canni İnfantino rəhbərlik edib. Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis ilə görüşüb.
Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.