Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının H qrupunda baş tutacaq  “Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) oyununun baş hakimi olacaq. Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasının Ricardo Jorge Antunes Baixinho (Portuqaliya) yerinə yetirəcək.

Qeyd edək ki, "Benfika" - "Makkabi" matçı Portuqaliyanın Seyxal şəhərində sentyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.