Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı hücum olunub.
Offsideplus.az xəbər verir ki, yerli vaxtla 17:50-18:00 aralığında TFF binası odlu silahdan iki dəfə atəşə tutulub.
Mərmilərdən birinin prezidentin əyləşdiyi otağa, birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir.
Silahlılar daha sonra maşına əyləşərək hadisə yerindən qaçıblar.