Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 4-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunub. Həmçinin meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimələnib.
“Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.
“Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün isə klub 4000 manat cərimələnib.