21-ci əsrin ilk 10 illiyində ən çox qola imza atan müdafiəçilərin adları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. 2001-ci ilin 1 yanvarından 2010-cu ilin 31 dekabrınadək olan siyahıya yaponiyalı Markus Tanaka başçılıq edir. O, 58 qola imza atıb.
İkinci yerdə 57 qolla Daniel van Bayten, üçüncü pillədə isə 55 qolla Con Ayre Rays qərarlaşıb. Braziliya millisinin sabiq üzvü Roberto Karlos 55 qolla dördüncüdür.
1. Markus Tanaka (Yaponiya) - 58 qol
2. Daniel van Bayten (Belçika) - 57 qol
3. Con Arne Rays (Norveç) - 55 qol
4. Roberto Karlos (Braziliya) - 55 qol
5. Hektor Altamirano (Meksika) - 52 qol
6. Daniel Maystoroviç (İsveç) - 52 qol
7. Dariyo Srna (Xorvatiya) - 49 qol
8. Dedi ben Dayan (İsrail) - 47 qol
9. Con Terri (İngiltərə) - 44 qol
10. Dieqo Luqano (Uruqvay) - 42 qol