Türkiyəli baş məşqçi Önder Deniz Kolquya cinayət işi açılıb.

Offsideplus.az "Hürriyyət" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssiz məhkəməyə verilib. Buna sabiq futbolçunun qadını evlənmək vədi ilə aldatma və ölümlə hədələməkdə ittiham edilməsi səbəb olub.

İstanbul şəhərindən olan qadın bildirib ki, 6 il əvvəl tanış olduğu Kolqu onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu alıb, daha sonra isə ölümlə hədələyib.

Məsələ ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Önder Deniz Kolqu 2004/2005 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib.

 

Screenshot 2022 08 25 141623