Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Offsideplus.az xəbər verir ki, ötən gün "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə heç-heçə (0:0) etməsi ilə buna nail olunub. Ağdam təmsilçisi ölkənin aktivinə daha 0,125 xal gətirib.

Bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdıran Azərbaycanın mövqeyində dəyişiklik olmayıb. Əvvəlki tək 29-cu pillədə yer alırıq. 28-ci yerdəki Polşanın 15,875 xalı var. 

Qeyd edək ki, tərəflər arasında keçiriləcək cavab görüşü avqustun 23-də Plzendə olacaq.