Bir müddət öncə həbs olunan Meyson Qrinvudla bağlı yeni xəbər yayılıb.

Offsideplus.az xəbər verir ki, “Mançester Yunayted” klubunun sevgilisinə qarşı zorakılıq etməkdə şübhəli bilinən oyunçusunun şərti həbs müddəti uzadılıb.

İşlə bağlı növbəti iclasdan sonra məhkəmə onun şərti həbs müddətini uzadıb. 

Qeyd edək ki, Meysonun keçmiş sevgilisinə qarşı zorakı davrandığını bildirən bir sıra fotoşəkillər sosial şəbəkələrdə yayıldıqdan sonra 20 yaşlı futbolçu yanvar ayında məsuliyyətə cəlb olunub.