Daha bir azərbaycanlı futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, söhbət Nicat Qurbanovdan gedir. O, 30 yaşında oyunçu karyerasını sonlandırmaq qərarına gəlib.
Bu barədə məlumatı saytımıza açıqlamasında verən Qurbanov artıq məşqçiliyə başladığını da deyib: "Futbolçu karyeramı bitirmişəm. 2 gün əvvəl C kateqoriyası üzrə imtahan da verdim. Artıq məşqçiliyə başlamışam".
Bildirək ki, Nicat Qurbanov karyerası ərzində "Simurq", AZAL, "Neftçi", "Sumqayıt", "Zirə", "Kəpəz", Gürcüstan "Samtrediya"sı kimi klubların formasını geyinib. O, son olaraq "Şamaxı"nın heyətində top qovub. Bu ilin 1 yanvarında "Şamaxı"dan (komanda həmin vaxt "Keşlə" adıyla çıxış edirdi – red.) ayrılan Nicat indiyədək klubsuz idi. Sabiq futbolçu Azərbaycanın U-17 və U-19 millilərində də oynayıb.
Daşqın Əziz