Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" azarkeşlərinin hücumuna məruz qalıb.

 Offsideplus.az xəbər verir ki, komanda aşağı liqada düşdüyü üçün fanatlar klubun avtobusunun qarşısını kəsərək təhqiredici şüarlar səslənirib. "Timsahlar"ın kapitanı Burak Altıparmak avtobusdan düşərək azarkeşlərlə danışmaq istəyib.Lakin azarkeşlərdən biri onun boğazından tutub və futbolçuya şillə vurub.

Qeyd edək ki, "Bursaspor" dünən "Bandırmaspor"a 2:4 hesabı ilə uduzaraq 3-cü liqaya yuvarlanıb.