May ayının 8-9-dan sonra Rusiya ilə genişmiqyaslı müharibəyə görə paytaxtı tərk edən sakinlər geri qayıda bilərlər.

Offsideplus.az xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

O, paytaxt sakinlərin qeyd edilən tarixdən sonra Kiyevə qayıda biləcəklərini söyləyib:

“Kiyevlilərə təhlükəni nəzərə alaraq Kiyevə qayıtmağa tələsməməyi tövsiyə edirəm. Təcavüzkarın hədəfi paytaxt olub və hələ də belədir. Şəhərətrafı ərazilərdə, meşəlik ərazilərdə çoxlu sayda mina var. Hərbçilər deyirlər ki, bu ərazilərin əksəriyyəti hələlik təhlükəli olaraq qalır. Biz hələlik təhlükəsizliyə zəmanət verə bilmərik, lakin 8-9 maydan sonra tədricən paytaxta qayıtmaq mümkün olacaq”.

Qeyd edək ki, Vitali Kliçko boks üzrə üçqat dünya çempionu tutulunun sahibidir.