İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Offsideplus.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti, idmançı Elnur Şıxəliyev ifadə verib. Şahid deyib ki, İmişli rayonunun kəndlərindən birində torpaq sahəsi olub, həmin torpaq sahəsinin sənədlərini almaq üçün icra başçısı ondan 20 min manat pul tələb edib: “Mən özüm beynəlxalq dərəcəli idmançıyam. Ata-baba yurdumda heyvandarlıq sahəsini inkişaf etdirəm istəyirdim. Pulu verərkən mənə çek də vermədilər. Pulu baş mühasibin əli ilə çatdırdım".

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

 

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. ( APA )