Türkiyənin "Bodrum Bələdiyyəsi Masterlər"lər komandasının qapıçısı Fatih Mumcu vəfat edib.
Offsideplus.az "Birinci Haber"ə istinadən xəbər verir ki, 43 yaşlı əlcək sahibi Ege Bölgəsi Masterlər Futbol Federasiyası Liqasının keçirdiyi turnir zamanı "9 sentyabr Masterlər"ə qarşı matçda ürəyi dayanması səbəbindən dünyasını dəyişib. Mərhumu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, veteran qolkiper peşakar karyerasında "Batman Petrolspor" və "Tavşanlı Linyitspor"da çıxış edib.