UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA-nın hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, o, isveçrəli funksioneri səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırıb.
Artıq məsələ ilə bağlı Paris prokurorluğunda cinayət işi qaldırılıb.
Bildirək ki, İnfantino 2016-cı ildən FİFA-ya rəhbərlik edir. Platini isə 2007-2016-cı illər aralığında UEFA prezidenti olub.