"Çelsi" klubunun sahibi, rusiyalı iş adamı Roman Abramoviç Türkiyəyə gəlib.
Offsideplus.az xəbər verir ki, 55 yaşlı funksioner Rusiya və Ukrayna nümayəndə heyətlərinin Türkiyənin Dolmabağça şəhərindəki görüşünə qatılıb.
Çəkilən fotolarda Abramoviçin prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının yanında əyləşdiyi görünür.
Dünən xarici mətbuatda rusiyalı biznesmenin zəhərlənərək ağır vəziyyəttə düşdüyü barədə xəbərlər yayılsa da, bunun həqiqəti əks etdirmədiyi məlum olub.
Qeyd edək ki, Abramoviçin Türkiyənin "Göztəpə" klubunu alacağı iddia edilir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən onun İngiltərədəki bütün bank hesabları, aktivləri dondurulub. Abramoviç "Çelsi" klubunu satışa çıxarıb.