Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.

Offsideplus.az xəbər verir ki, Rusiya Futbol İttifaqının şikayəti təmin olunmayıb.

Belə ki, Rusiyanı təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.