Ukraynada Rusiyanın top atəşi nəticəsində daha bir idmançı həyatını itirib.
Offsideplus.az xəbər verir ki, "Atletik" klubunun 16 yaşlı oyunçusu Dmitri Yevdoçenko dünyasını dəyişib. Futbolçu ilə yanaşı, anası Mariya Yevdoçenko da ölüb.
Xatırladaq ki, daha əvvəl sambo üzrə Ukrayna çempionu Artyom Priymenko ailəsi ilə birlikdə Rusiya qoşunlarının Sumı şəhərindəki yaşayış binalarına aviazərbələr endirməsi nəticəsində həlak olub.