Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az qurumun rəsmi saytına xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 75-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
Görüşün 75-ci dəqiqəsində “Sabah” klubunun qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 4800 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
“Sabah” klubunun futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 6400 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
“Sabah” klubunun futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir.
“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.
“Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sumqayıt” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Səbail-2” – MOİK oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.
“Səbail-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur.
“Səbail-2” komandasının futbolçusu Mehman Mənsimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
MOİK klubu vaxtında protokolu tərtib etmədiyi üçün 80 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Sumqayıt-2” – “Qarabağ-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu Bədir Ziyadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
1-ci divizionun 15-ci turunun “Neftçi-2” – “Qəbələ-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.