Əlcəzairin "Saida" klubunun kapitanı Sofiane Lokar vəfat edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı futbolçu ölkə çempionatında "Orand"la oyun zamanı komandasının qapıçısı ilə toqquşub. Futbolçuya tibbi yardım göstərildikdən sonra o yenidən meydana qayıdıb.
10 dəqiqə sonra futbolçu infarkt keçirərək yerə yıxılıb. Lokar xəstəxanaya aparılarkən yolda keçinib.