"Yuventus" klubunun argentinalı futbolçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.
Offsideplus.az xəbər verir ki, oğrular 27 yaşlı yarımmüdafiəçinin evinə girərək birinci mərtəbədəki pəncərəni sındırıblar.
Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalını basıb, ancaq soyğunçular gizlənərək qızıl zinət əşyaları götürərək qaça biliblər.