İlin ən yaxşı futbolçusuna veriləcək "Ballond'Or" mükafatı üçün 30 futbolçu bəlli olub.

Offsideplus.az xəbər verir ki, "France Football" dərgisinin məlumatına görə siyahıda mükafatı 6 dəfə qazanan Lionel Messi, 5 dəfə bu ünvana sahib olan Kriştiano Ronaldo və "Bavariya"nın qol maşını Robert Levandovski də yer alır.

30 nəfərlik siyahıda PSJ-dən Kilian Mbappe, "Çelsi"dən Lukaku və Kante, "Borussiya"dan Erlinq Haaland, "Mançester Siti"dən Kevin De Bruyne də özlərinə siyahıda yer tapıblar.

Qeyd edək ki, mükafat 29 noyabrda təqdim olunacaq.