Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele müalicə olunduğu San-Paulu xəstəxanasından evə buraxılıb.

Offsideplus.az xəbər verir ki, “futbol kralı” kimya-terapiya kursu keçməlidir.

Məlumata görə, həkimlər sabiq futbolçunun vəziyyətini sabit qiymətləndirir. Qeyd edək ki, Pele avqustun 30-da San-Pauludakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.