27 sentyabr "Anım Günü" ilə əlaqədər keçiriləcək tədbirlərin təhlükəsizliyini təmin etmək üçün sentyabrın bu gün və sabah Bakı şəhərinin bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Offsideplus.az xəbər verir ki, paytaxt ərazisində saat 09:00-dan 13:00-a qədər nəzərdə tutulan tədbirlə əlaqədar olaraq, Azneft dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Yusif Səfərov, Üzeyi Hacıbəyov, Zərifə Əliyeva küçələri, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı də daxil olmaqla nəqliyyat vasitələri üçün qapalı olacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi "Hərəkətinin iştirakçılarından xahiş edirik ki, qeyd olunan istiqamətlərdə, paralel və bitişik küçələrdə hərəkət bütün növ nəqliyyat vasitələri üçün məhdudlaşdırılacaq. Vətəndaşlardan şəxsi minik vasitələrindən etməməyə xahiş edirik” - deyə əhaliyə müraciət edib.
Qeyd olunub ki, sözügedən küçələrdə keçiriləcək tədbirlərlə əlaqədar sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.