Məşhur futbolçu 5 il həbs cəzası ala bilər - Bu gün...
09.09.2021 07:44 | 333 | Zeynəb Əliyeva
Fransanın "Lion" klubunun futbolçusu Jerom Boatenq 5 il müddətinə həbs oluna bilər.
Offsideplus.azAlmaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bu gün Münhen şəhərində məhkəmə qarşısına çıxacaq.
Boatenq 2018-ci ildə keçmiş həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunur. Futbolçunun həmin qadını döydüyü iddia edilir.
Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.