Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Offsideplus.az xəbər verir, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq.
Millimizin oyunu günü Lüksemburqda xoşagəlməz hadisə yaşanıb. Bu barədə "CBC Sport"un şərhçisi Pərviz Musayev status paylaşıb.
“Qənimətlər parkı”ndakı boş erməni dəbilqələri bunlara necə od qoyubsa, hələ də özlərinə gələ bilmirlər. Şərəfsizlər bugünkü Lüksemburq-Azərbaycan oyunu ilə əlaqədar Lüksemburqda erməni konsulluğunun təşəbbüsü ilə öz aləmlərində “mitinq” təşkil ediblər. Sayları çox deyildi, uzağı 15-20 nəfər olardılar. Biri şəkil çəkdiyimi görüb mənə yaxınlaşdı, haradan olduğumu soruşdu. Əvvəlcə Gürcüstandan olduğumu dedim. Mənə məzlum erməni xalqının üzləşdiyi “problemlərdən”, Azərbaycanın müharibə tərəfdarı olmasından danışaraq axşam oyuna gəlib Azərbaycana etiraz bildirmək xahişini etdi. Danışıb qurtarandan sonra Azərbaycandan olduğumu deyəndə şoka düşdü. Deməli, axşamkı oyunda yenə təxribat ola bilər.
P.S. Arxa fonda mitinqdən xəbərdar olan azərbaycanlı iş adamının ofisinin üstündən asdığı bayrağımızı görə bilərsiniz".
Qeyd edək ki, Lüksemburq stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.