UEFA Gənclər Liqasında 2021/22 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbirdə AFFA-nın təşkil etdiyi “Gənclər kuboku”nun qalibi olan “Qəbələ”nin rəqibi bəlli olub. 19 yaşadək futbolçulardan ibarət kollektiv Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq.
Bu mərhələnin görüşləri sentyabrın 29-da və oktyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, “qırmızı-qaralar” ilk matça evdə çıxacaq.