"Olimpiakos"un futbolçusu Ruben Semedu dünən Yunanıstanda həsb olunub.

Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, buna 27 yaşlı müdafiəçinin 17 yaşlı qıza təcavüz etməsi səbəb olub. Şənbə günü barda görüşən ikili spirtli içki qəbul etdikdən sonra, Semedunun evinə gediblər və portuqaliyalı futbolçu orada azyaşlı qıza təcavüz edib.

Qeyd edək ki, o, daha öncə qətl, soyğunçuluq, zorakılıq və qanunsuz silah saxlamaqla ittiham olunub.

Xatırladaq ki, baş məşqçi Fernandu Santuş Semedunu Portuqaliya millisinə dəvət etməyib.