"Sevilya"nın gənc ulduzu Jül Kunde uşaq vaxtı anasını vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Fransa millisinin üzvü bu barədə "Onze Mundial"a müsahibəsində deyib. 22 yaşlı müdafiəçi 8-9 yaşlarında anasının ayaqlarını təpiklə vururmuş. Buna futbolçunun komandasının bəzən uduzması səbəb olub. Oğlu ilə başa çıxa bilməyən anası psixoloqa müraciət edib:
"Psixoloq anama dedi ki, eyni şeyi et: Sənə vurursa, sən də onu vur. O zaman sakitləşəcək. Zamanla hər şey düzəldi".
Qeyd edək ki, Jül Kunde "Çelsi" klubunun hədəfindədir.