Fil Dişi Sahili Futbolçular Assosiasiyasının vitse-prezidenti Didye Droqba vəzifəsindən istefa verib.

Offsideplus.az xəbər verir ki, "Çelsi"nin sabiq ulduzu bu barədə Tvitter hesabından məlumat yayıb. Droqba qurumun işini bəyənmədiyi üçün bu addımı atıb. 

 Qeyd edək ki, Didye Droqba 40 yaşında futbolçu karyerasını başa vurub.