"Real" futbolçusu Vinisius Junioru Tokio-2020-yə buraxmayıb.
Offsideplus.az xəbər verir ki, olimpiya yığmasının baş məşqçisi Andre Jardin heyətə 22 oyunçu daxil edib. Dani Alveş, Riçarlisonun yer aldığı siyahıda Vinisiusun adı yoxdur. Belə ki, "Kral klubu" 20 yaşlı forvardın olimpiadaya getməsinə icazə verməyib.
Bundan əlavə, PSJ-nin ulduzu Neymar da 23 iyul - 8 avqust tarixlərində keçiriləcək Tokio olimpiadasına qatılmayacaq.