Sumqayıtın "Gənclərbirliyi" klubunun sabiq baş məşqçisi İlie Karp vəfat edib.

Offsideplus.az Moldova mətbuatına istinadən xəbər verir ki, o, 60 yaşında dünyasını dəyişib. Karpın ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Karp 2006-2007 mövsümündə "Gənclərbirliyi"ni çalışdırıb. O, 4 ölkədə - Moldova, Azərbaycan, Qazaxıstan və Belarusda çalışmış yeganə moldovalı baş məşqçidir.