"Mançester Siti" - "Çelsi" matçından öncə Tomas Tuxel maraqlı hərəkəti ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis məşqçi heyəti ilə qaldıqları otelin eyvanında Xosep Qvardiolanı yamsılayaraq əylənib. Almaniyalı baş məşqçi həmkarı kimi əsəbi şəkildə əllərini yellədib, başına döyəcləyib və futbolçularına səslənirmiş kimi əl jestləri göstərib. Tuxel kameraya yaxalandığını görüncə gülümsəyib və əl yelləyib.
Qeyd edək ki, "Çelsi" finalda "Siti"yə 1:0 hesabı ilə qalib gələrək çempion olub.
Həmin maraqlı görüntüləri təqdim edirik: