"Nefçti"nin sabiq futbolçusu Keysuke Honda Azərbaycanda kimsəsiz uşaqları ziyarət edib.
Offsideplus.az xəbər verir ki, bu barədə yaponiyalı ulduz sosial şəbəkə hesabında məlumat yayıb. Uşaqlarla şəklini paylaşan Honda, bu sözləri yazıb:
"Azərbaycanda kimsəsiz uşaqlara baş çəkdim. Bütün uşaqların gələcək üçün bir-birindən fərqli xəyallarının olması məni təəccübləndirdi".
Qeyd edək ki, Hondanın "Neftçi" ilə başa çatan müqaviləsi yenilənməyib və komandanı tərk edib.