Ukrayna millisi və "Şaxtyor"un (Donetsk) sabiq futbolçusu Vyaçeslav Şevçuk içkili halda saxlanılıb.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı veteran futbolçu Kiyevdə içkili vəziyyətdə "Porsche 911" markalı avtomobilin sükanı arxasında olub. Alkoqol testi verməkdən imtina edən Sevçuk, polisə müqavimət göstərib. Bu səbəbdən oyunçu polis şöbəsinə aparılıb.
Qeyd edək ki, Vyaçeslav Şevçuk Ukrayna millisində 2003 - 2016-cı illərdə forma geyinib.