UEFA-nın Azərbaycanın SOCAR şirkəti ilə əməkdaşlığı dayandırılıb.
Offsideplus.az "Deutschlandfunk" saytına istinadən xəbər verir ki, artıq şirkətin loqosu UEFA-nın rəsmi saytında da yoxdur.
Lakin UEFA ilə əməkdaşlığa son qoysa da, şirkət Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyununu maliyyələşdirəcək.
Xatırladaq ki, SOCAR 2016-cı ildə keçirilən Avropa çempionatının sponsorlarından idi. Şirkət həmin vaxt turnir üçün 90 milyon avro xərcləyib.