AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionundakı (BOS) görüş zamanı AVRO-2020-nin oyunları zamanı ölkəmizə səfəri nəzərdə tutulan Uels milli komandasının azarkeşləri ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Sonra Ceyms Şarp BOS-da AVRO-2020-nin rəsmi maskotu “Skillzy” ilə şəkil şəkdirib.