"Neftçi"nin legioneri Keysuke Honda Azərbaycanın qarışıq döyüş növləri üzrə idmançıları Tofiq Musayev və Vüqar Kərəmova Azərbaycan Premyer Liqasında "Zirə" ilə dünənki oyuna (4:0) qatıldıqları üçün təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi özünün "İnstaqram" hesabında idmançılarla şəklini paylaşıb və bu sözləyi yazıb: “Oyunumuza super qonaqlar gəldi. Çox sağ olun".
Qeyd edək ki, Musayev və Kərəmov döyüşdükləri Yaponiyada kifayət qədər məşhurdurlar.