ABŞ-ın İllinoys ştatındakı orta məktəbdə qaradərili amerikan futbolçu irqçiliklə üzləşib.
Offsideplus.az xəbər verir ki, məktəbli paltardəyişmə otağında soyulmuş banan qabıqları asılan yerdə oturmağa məcbur edilib. Tabe olmayacağı halda isə dizlərinin sındırılacağı ilə hədələnib.
Yerli polisin araşdırması nəticəsində bu əməli törədənlərin onun komanda yoldaşları olduğu müəyyənləşib. Zərərçəkən şəxs, durumunun yaxşı olduğunu, lakin insanların bu haqda danışmasını dayandırmasını xahiş edib:
"Demək istəyirəm ki, artıq yaxşıyam. Amma bu hadisə və video barədə danışmağı kəsə bilərsiz? Klubumu sevirəm və komanda yoldaşlarım yaxşı insanlardır, məndən üzr istədi. Hər şeyi yoluna qoyduq. Sadəcə onları da təhqir və bullinq etməyi dayandırın. Hər şeydən öncə həyatıma geri dönmək istəyirəm. Məni tanıyırsınızsa, o zaman mənə qurban kimi yox, bir insan kimi rəftar edin".
Black high school football player is filmed being forced to sit in a locker filled with banana peels after teammate threatened to 'break his knees' if he didn't do it at Moline High School in northwest Illinois.pic.twitter.com/pdLQ9628oe
— Equally Divided (@DividedEqually) April 13, 2021