AFFA İntizam Komitəsi (İK) vaxtilə Premyer Liqada top qovmuş futbolçunu ağır cəzalandırıb.

Offsideplus.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, komissiyanın və ekspertlərin rəyi nəzərə alınmaqla danışılmış oyunlarda iştirakı təsdiq edildiyi üçün peşəkar futbolçu və məşqçi kimi fəaliyyət göstərmiş Yasin Abbasova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunub.
Danışılmış oyunlarla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxsin Apellyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.
Qeyd edək ki, Abbasov vaxtilə "Turan Tovuz", "Sumqayıt", "Simurq" kimi komandaların şərəfini qoruyub.
9db2be53 a9ca 3770 a666 974255dd9020