2019-cu ilin iyulunda həmin vaxt "Arsenal"ın şərəfini qoruyan Mesut Özillə Sead Koloşinaça silahla hücum edən mütəşəkkil dəstə ilə bağlı məhkəmə araşdırmaları başa çatıb.
Offsideplus.az xəbər verir ki, İngiltərənin hüquq-mühafizə orqanlarının 2 il ərzində apardığı araşdırmalar nəticəsində cinayətkar dəstənin 20-dən çox bu cür hadisə törətdiyi məlum olub. Hal şahidləri və təqsirləndirilən şəxslər dindirildikdən sonra günahkarlara iş kəsilib. İngiltərə Məhkəməsi 8 cinayətkara ümumilikdə 100 ildən çox həbs cəzası verib.
Qeyd edək ki, cinayətkarlar futbolçulardan dəyəri 200 min funt-sterlinq olan saatları oğurlamağa cəhd etsələr də, Koloşinatsın qarşı tərəfə göstərdiyi müqavimət nəticəsində oğrular hadisə yerindən qaçıb.
#JAILED | A group of men who carried out a series of violent armed robberies in #Finchley #Barnet and #Hampstead have been jailed for a combined total of over 100 years. https://t.co/kBodlL5uVA
— Metropolitan Police (@metpoliceuk) March 31, 2021