Koronavirus pandemiyası ilə bağlı olaraq Moldovada bütün idman yarışları ləğv edilib.
Offsideplus.az xəbər verir ki, İctimai Sağlamlıq üzrə Fövqəladə Komissiyasının verdiyi qərara görə, ölkədə bütün idman tədbirləri təxirə salınıb. Bu səbəbdən Moldovanın futbol üzrə Milli Diviziyası və A Diviziyasında bu gün keçirilməli olan bütün matçlar oynanılmayacaq. Bundan əlavə, yığma komandanın Farer adaları və İsrail milliləri ilə keçirməli olduğu qarşılaşmalar Kişinyovda gerçəkləşməyəcək.
Qeyd edək ki, Moldovanın Farer adaları ilə görüşü martın 25-ə, İsraellə matçı isə martın 31-ə planlanmışdı Verilən qərarlar isə elə martın 31-dək qüvvədə olacaq.