AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi” klubunun müqavilə imzaladığı yaponiyalı futbolçusu Keysuke Honda ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşdə futbolun inkişafı barədə fikir mübadiləsi aparılıb.
Toplantıda Bakı Olimpiya Stadionunda 2019-cu ilin mayında UEFA Avropa Liqasının final oyununun təşkil olunduğu, bu il isə AVRO-2020-nin 4 oyununun keçiriləcəyi vurğulanıb.
“Neftçi” klubunun prezidenti Kamran Quliyev də görüşdə iştirak edib (Report).