"Dinamo" (Buxarest) klubunda çıxış edən Maqaye Qeye daha bir qalmaqallı xəbərlə gündəm olub.
Offsideplus.az xəbər verir ki, seneqal əsilli futbolçunun komanda yoldaşlarından pul yığdığı ortaya çıxıb. Buxarest təmsilçisindəki mənbə bir neçə gün öncə qanında kokain aşkarlandığı iddia edilən Qeyenin paltardəyişmə otağında komanda yoldaşlarından pul istədiyi və onlara borclu olduğunu açıqlayıb:
"Klub Qeye üçün oteldə xüsusi otaq tutmuşdu. O, isə tez-tez futbolçulardan 300 - 500 avro pul istəyirdi. Bu, oyunçular tərəfindən birmənalı qarşılanmasa da, onlar komanda yoldaşlarına kömək edirdilər. Qeye hər dəfə müxtəlif üsullarla futbolçulardan daha çox pul istəyirdi. Hazırda onun oyunçulara kifayət qədər borcu var".
Qeyd edək ki, 2020-ci ilin otyabrında "Dinamo" klubuna transfer olan Maqaye Qeye 2019/2020 mövsümündə "Qarabağ"da oynayıb.