Roman Pokora dünyasını dəyişib.
Offsideplus.az football24.ua-ya istinadla xəbər verir ki, 73 yaşlı mütəxəssis dünən vəfat edib. Son illər xəstəlikdən əziyyət çəkən Roman Mixayloviçin ölüm səbəbi açıqlanmır.
Bir müddət öncə xanımı da dünyasını dəyişmişdi.
Qeyd edək ki, ukraynalı məşqçi 2006-2010-cu illər aralığında "Simurq"un baş məşqçisi işləyib, 2008-2009 mövsümündə bu komandayla bürünc medala sahib olub.