Argentinanın prezidenti Alberto Fernandes Lionel Messinin təyyarəsini icarəyə götürüb.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, ölkə başçısı bunun üçün "Barselona"nın ulduzuna 160 min dollar ödəyib.
Qeyd edək ki, Messinin təyyarəsi koronaviurusla bağlı təhlükəsizlik tələblərinə tam cavab verdiyi üçün prezident bu seçimi edib. Alberto Fernandes icarəyə götürdüyü təyyarə ilə Meksikanın müstəqilliyinin 200 illiyi ilə bağlı tədbirdə iştirak edəcək.