Argentinalı dünya çempionu vəfat edib.

Offsideplus.az xəbər verir ki, bu barədə Argentina Futbol Asssosiasiyası "tvitter" hesabında məlumat yayıb. Belə ki, Leopoldo Luke 71 yaşında gözlənilmədən dünyasını dəyişib. Ölümün səbəbi haqda dəqiq məlumat verilməsə də, ötən ay koronavirusa yoluxduğu bildirilmişdi.

Qeyd edək ki, DÇ-1978-in qalibi klub karyerasında "Rasinq", "River Pleyt", "Santos", "Rosario Sentral" kimi komandaların şərəfini qoruyub. Argentina millisində isə 45 oyunda 22 qol vurmuşdu.