İspaniyanın "Barselona" klubu müflis ola bilər.

Offsideplus.az "El Mundo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin 1 milyard 173 milyon avro borcu var. Borcun 730 milyon avrosu klubun qısa müddət ərzində hesablaşmalı olduğu öhdəliklərdir.

İyunun 30-dək bağlanılmalı olan 266 milyon avro bank borcu mövcuddur.  90 milyon avro isə dünyanın nəhəng investisiya banklarından olan "Goldman Sachs"a verməlidir.

Klubun gəlirlərinin 74 faizi əmək haqlarının ödənilməsinə gedir. Cari maliyyə ilində xərclərin 796 milyon avro, gəlirlərin isə 828 milyon avro təşkil edəcəyi gözlənilir.