İspaniyanın "Eybar" klubunun futbolçusu Serxi Enriç və "Girona"da çıxış edən Antonio Luna iki il həbs cəzasına məhkum edilib.

Offsideplus.az "IUSPORT" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı oyunçular birlikdə olduqları qızın icazəsi olmadan çəkilən videonu yaydıqları üçün cəzalandırılıblar.

Həmin videonu çəkməkdə günahlandırılan Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov isə bəraət alıb.

Qeyd edək ki, hadisə 2016-cı ildə - hər üç futbolçu "Eybar" klubunda çıxış edərkən baş verib.