Afrika Millətlər Liqası çərçivəsində keçirilən Kamerun - Zimbabve görüşündə birincilər vurulan yeganə qol sayəsində qələbə qazanıblar.

Lakin Zimbabvenin baş məşqçisi Zdravko Loqaruşiç heç bir halda məğlubiyyəti qəbul etmək istəmir. Səbəb xorvat mütəxəssisin əlindəki şübhə əsasıdır.

Offsideplus.az xəbər verir ki, xorvat çalışdırıcı Kamerun millisinin cadugərlik hesabına qalib gəldiyini düşünür. Və ən maraqlısı, Loqaruşiçin bunu oyundan əvvəl iddia etməsidir. Belə ki, matçdan əvvəl qonaqların baş məşqçisi qazonda yarasa ölüsünü görüb. Belədə onunla şəkil çəkdirərək ağ kağız parçasına "Kamerunda cadu" sözlərini yazıb. 

Yarasa öldürmək bəzi Afrika ölkələrində uğura çatmağın bir növü kimi qəbul olunur. Hətta sehrin bu növünə "juju" adını veriblər. Xorvat mütəxəssis Kamerunun məhz həmin yarasa ölüsünün hesabına qalib gəldiyini deyir.

Er3c8wHXAAU7wq7